Azərbaycan yığması Mariya Stadniki itirdi
01.03.2010 - 12:21
Azərbaycan qadın güləşinin lideri Mariya Stadnik (48 kq) 13-18 apreldə Bakıda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, hazırda vətəni Ukraynada olan idmançı ana olmağa hazırlaşır. Artıq 4 aydır hamilə olduğundan onun qitə birinciliyində iştirakı qeyri-mümkündür. Baş məşqçi Orest Skobelski indi Stadnikin alternativini axtarır.
Qeyd edək ki, Mariya Stadnik əslən Ukraynanın Lvov şəhərindəndir. 1988-ci ildə anadan olan Mariya 3 ildir Azərbaycanın şərəfini qoruyur. Bu müddət ərzində bir sıra beynəlxalq uğurlar qazanıb. 2 dəfə Avropa, 1 dəfə dünya çempionu olan Stadnik Pekin Yay Olimpiya Oyunlarında bürünc medala yiyələnib. Mariya Lvov tarixinin ilk dünya çempionudur. O, 2011-ci ilə qədər peşəkar idmandan kənarda qalacaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0