1 qızıl, 1 gümüş, 4 bürünc
01.03.2010 - 12:55
Bolqarıstanın Burqas şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Turnirdə gənclərdən ibarət sərbəst, böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandalarımız da iştirak edib.
Güləş Federasiyasından apasport.az saytına verilən xəbərə görə, sərbəst güləş üzrə yığmamız turnirə məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında qatılıb. 2 gün davam edən yarışın nəticəsində komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 96 kq çəki dərəcəsində mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub. İbrahim Yusubov (74 kq) gümüş, Azər Paşayev (55 kq) və David Suynuçxanov (66 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz isə yarışda 4 pəhləvanla təmsil olunsa da, idmançılarımız 2 bürünc medal qazanıblar. Taleh Məmmədov (55 kq) və Rüstəm Əliyev (66 kq) 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib olublar. Yunan-Roma güləşçilərimiz bu turnirdə məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında iştirak ediblər.

0
0