“Oğlumun boksçu yox, cüdoçu olmasını istəyirəm”
02.03.2010 - 12:27
“Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra heç bir rəsmi və qeyri-rəsmi yarışa qatılmamışam. Rinqdən kənarda qalmaq mənim üçün ağırdır. Hələ 30 yaşım var, döyüşmək istəyirdim. Amma zədələr imkan vermədi. Çiynimdə və qaşımda zədələr var. Bir ara müalicə olunmaq fikrinə düşmüşdüm. Amma alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan boks yığmasının kapitanı, Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov deyib.
Avropa və dünya çempionatlarının medalçısı bildirib ki, məşq və ya bir qədər çox hərəkət edəndə ağrılar daha da şiddətlənir: “Çəki salanda özümü lap pis hiss edirəm. Bütün bunları nəzərə alıb, konkret qərar qəbul etmişəm. Peşəkar idmançı karyeramı bitirməliyəm”.
30 yaşında idmandan getmək məcburiyyətində qalan İmranov yaxın gələcəkdə ya yaşadığı Sumqayıtda, ya da Bakıda məşqçilik fəaliyyətinə başlayacaq: “Bu qərarımı hələ Azərbaycan Boks Federasiyasına bildirməmişəm. Yaxın gələcəkdə söhbətimiz olacaq. İstəyirəm ki, həyatımı boksa həsr edim. Məntiqi ardıcıllıq kimi məşqçi fəaliyyətinə başlamalıyam. Bu işlə Sumqayıtda və ya Bakıda məşğul olacağam. İndi başım işə qarışıb. Azərbaycan Dövlət Gömrük Komitəsində çalışıram. 1 oğlum var. Yəqin ki, yolumu davam etdirəcək. Səlimin cüdoçu olmasını istəyirəm".
İmranov 1980-cı ildə Sumqayıtda doğulub. 57 kq çəkidə mübarizə aparmış idmançı karyerası ərzində Avropa çempionatının gümüş (Rusiya-2002), Hərbçilər arasında Olimpiya Oyunları (İtaliya-2003), dünya çempionatının (İrlandiya-2002) və Pekin (2008) Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülüb.

0
0