Cüdo Federasiyasında maliyyə problemi
03.03.2010 - 10:33
Azərbaycan cüdoçuları Sona Əhmədli və Gözəl Zutovanın qadın güləşinə keçmələrinin səbəbi məlum olub. Bu haqda Lent.az-a cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə məlumat verib.
Onun sözlərinə görə, hər iki idmançıya qadın güləşi ilə məşğul olmaları üçün ayda 500 manat əmək haqqı təklif edilib. Məhz sərfəli təklif aldıqlarından, Əhmədli və Zutova cüdodan ayrılıblar: “Onlar cüdoçu kimi beynəlxalq arenada yüksək nəticə verə bilmirlər. Bu səbəbdən, federasiyamız Əhmədli ilə Zutovaya əmək haqqı vermir. Amma onlar qadın güləşində həm məşqlər zamanı sparrinq qismində iştirak edirlər, həm də beynəlxalq arenada nəticələr verirlər. Hətta Sona Əhmədli ötənilki dünya çempionatının gümüş mükafatçısı olub”.
Cüdoçularımızın yüksək əmək haqqı qarşılığında qadın güləşinə keçmələrinin yaxşı hal olmadığını deyən Axundzadə bu məsələni Gənclər və İdman Nazirliyi qarşısında qaldırdığını açıqlayıb. Onun fikrincə, bu proses idman növləri arasında balansı pozur: “İdmançıları başa düşürük. Onlar pul qazanmaq istəyirlər. Amma bir növün zəiflədilməsi hesabına digərinin gücləndirilməsi yaxşı hal deyil. Bu, idman növləri arasında balansı pozur”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0