İradə Aşumova yeni ampluada
05.03.2010 - 09:28
İradə Aşumova yeni ampluada
Sabah Norveçdə güllə atıcılığı üzrə Avropa çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, martın 15-dək davam edəcək qitə çempionatında Azərbaycanın şərəfini Afina olimpiadasının bürünc mükafatçısı İradə Aşumova, gənclər arasında AÇ-nin gümüş medalçısı Nigar Bağırova və Ruslan Lunyov qoruyacaq.

Aşumova bu çempionatda ilk dəfə olaraq, iştirakçı olmaqla yanaşı, həm də məşqçi qismində çıxış edəcək. AÇ-nin reqlamentinə görə hər üç snayperimiz öz sərrastlığını pnevmatik tapançadan 10 metr məsafədə qoyulan hədəfə atəş açmaqda sınayacaq.

Hər üç həmyerlimiz yerli mühitə uyğunlaşmaq üçün çempionat başlanmazdan 10 gün əvvəl Mirakerə gedib və orada Norveç, İsveç və Finlandiyadan olan snayperlərlə birgə təlim-məşq prosesində iştirak edib.
0