Azərbaycan yığması, yoxsa ABŞ?
05.03.2010 - 17:45
Azərbaycan yığması, yoxsa ABŞ?
Bu gün Rusiyanın paytaxtı Moskvada keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb. Azərbaycan Güləş Federasiyasından (AGF) apasport.az saytına verilən məlumata görə, püşkatma zamanı son dünya çempionatında birinci və ikinci yeri tutan komandalar, müvafiq olaraq Rusiya və Azərbaycan ayrı-ayrı qruplarda yer alıblar. Püşkün nəticəsinə əsasən, yığmamız B qrupunda İran, Özbəkistan və ABŞ-la görüşəcək. Püşkatma mərasimində ölkəmizi AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov təmsil edib. Dünya Kuboku martın 6-7-də baş tutacaq.

A qrupu
Rusiya
Türkiyə
Ukrayna
Belarus

B qrupu
Azərbaycan
İran
Özbəkistan
ABŞ
0