Həmyerlimiz "Qızıl Qran-pri"də qızıl medal qazandı
07.03.2010 - 12:24
Macarıstanın Sombateli şəhərində yunan-Roma güləşi üzrə "Qızıl Qran-pri" turnirinin I mərhələsi start götürüb. Lent.az-ın Macarıstan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə Azərbaycanı təmsil edən Həsən Əliyev qızıl medal qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən pəhləvanımız finalda Almat Kebispayevi (Qazaxıstan) məğlub edib. Həsən Əliyevə qızıl medalla yanaşı, 1500 dollar pul mükafatı verilib. Bu çəkidəki digər təmsilçimiz Vitali Rəhimov, eləcə də Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (84 kq) mükafatçılar sırasına düşə bilməyib.
Martın 7-də daha 3 güləşçimiz - Orxan Əhmədov, Rövşən Bayramov (hər ikisi 55 kq) və Fərid Mansurov (66 kq) mübarizəyə qoşulacaqlar.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0