Elnur, toyun mübarək!
08.03.2010 - 16:02
Pekin Yay Olimpiya Oyunlarının qalibi, cüdoçu Elnur Məmmədlinin toyunun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançı aprelin 3-də subaylığın daşını atacaq.
Onun toy mərasimi "Madonna" şadlıq sarayında təşkil olunacaq. Olimpiya çempionunun toyunda 500-ə yaxın qonağın iştirakı gözlənilir. Məlumata görə, qonaqlar arasında AGİN rəhbəri Azad Rəhimov da olacaq. Toy mərasimində Elnurun yaxın dostu, müğənni Zamiq oxuyacaq. Zamiqlə yanaşı, daha 4 nəfər gələnlərin könüllərini oxşayacaqlar.
Xatırladaq ki, Elnur Məmmədli ötən ilin ortalarında nişanlanıb. O, əvvəlcə toyunu martın 5-nə təyin etmişdi. Babası dünyasını dəyişdiyinə görə, bu, aprelin 3-nə qədər təxirə salınıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0