Elnur Məmmədli toyundan əvvəl Minskə gedir
10.03.2010 - 00:04
Azərbaycanın cüdoçuları səfərə hazırlaşırlar. Apasport.az saytının xəbərinə görə, həmyerlilərimiz sabahdan Belarusun paytaxtı Minskdə təlim-məşq toplantısında qüvvələrini sınayacaqlar.
Toplanışa milli komandamızın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında gənclər arasında dünya və Avropa birinciliklərinin finalçısı İlqar Müşkiyev və Vüqar Şirinli (hər ikisi 60 kq), Vyanada keçirilmiş Dünya Kuboku yarışlarının mükafatçısı Tərlan Kərimov və Ramil Qasımov (hər ikisi 66 kq), Olimpiya çempionu Elnur Məmmədli, 2001-ci il dünya çempionatının medalçısı Elxan Rəcəbli (hər ikisi 81 kq), 2009-cu il Avropa çempionatının bürünc mükafatçısı Elxan Məmmədov, Universiadanın qalibi Ramin Qurbanov (hər ikisi 90 kq), habelə Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlüd Mirəliyev və gənclər arasında qitə birinciliyinin qalibi Elmar Qasımov (hər ikisi 100 kq) qatılacaq.
Xatırladaq ki, Elnur Məmmədli aprelin 3-də subaylığın daşını atıb, ailə həyatı quracaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0