Sabah saat 15:15-də
11.03.2010 - 12:54
Sabah saat 15:15-də
Azərbaycanın güllə atıcıları Norveçin Meraker şəhərində təşkil olunan Avropa çempionatında mübarizəyə qoşulurlar. Apasport.az saytının məlumatına görə, sabah qadınların 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında ölkəmizin iki təmsilçisi olacaq. Bakı vaxtı ilə saat 15:15-də Afina Olimpiadasının bürünc mükafatçısı, yığmamızın oynayan-məşqçisi İradə Aşumova və onun bacısı qızı Nigar Bağırova atəş xəttinə çıxacaq.

Kişilərin mübarizəsində yeganə idmançımız Ruslan Lunyov isə martın 13-də qüvvəsini sınayacaq. 21 yaşlı həmyerlimiz də 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açacaq. Bu növdə 65 atıcı öz bacarığını nümayiş etdirəcək.
0