Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı
15.03.2010 - 17:14
Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasının aprelin 2-də Belarusun paytaxtı Minskdə start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Yanko Rusev Lent.az-a açıqlamasında nüfuzlu yarışa 4 atletlə yollanacaqlarını bildirib.
Rusevin sözlərinə görə, 10 gün davam edəcək qitə çempionatında Zülfüqar Süleymanov (56 kq), Sərdar Həsənov (69 kq), Nizami Paşayev və Rövşən Fətullayev (hər ikisi 94 kq) çıxış edəcək.
Hazırda yığmamız Bolqarıstanın Şumen şəhərində təlim-məşq toplantısındadır. Komandamızın heyətində 10 ağırlıqqaldıran yer alıb. Baş məşqçi daha çox 18 – 30 sentyabrda Türkiyənin Antalya şəhərində təşkil olunacaq dünya çempionatını düşündüklərini açıqlayıb: “Avropa çempionatında 4 atletimizi sınaqdan çıxaracağıq. Əsas məqsədimiz isə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ilk dünya çempionatında uğurla çıxış etməkdən ibarətdir. Bu il Antalyada, gələn il isə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatlarında layiqli nəticələr göstərərək, qarşıdakı olimpiadaya kişilər üçün nəzərdə tutulan 6 lisenziyanın hamısını qazanmaq iddiasındayıq”.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0