Azərbaycan çempionatında fasilə yarandı
15.03.2010 - 23:19
Azərbaycan çempionatında fasilə yarandı
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclərin sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi yarışlarının birinci mərhələsi başa çatıb. Apasport.az saytının xəbərinə görə, ilk mərhələdə gənclərin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yarışları, həmçinin yeniyetmələrin yunan-Roma güləşi üzrə yarışları keçirilib. Gənclərin yarışlarında 510, yunan-Roma güləşi üzrə yeniyetmələrin yarışında isə 419 pəhləvan öz qüvvəsini sınayıb.
Azərbaycan birinciliyinin ikinci mərhələsi martın 24-də sərbəst güləş üzrə yeniyetmələrin yarışları ilə başlayacaq və martın 26-dək davam edəcək. Martın 26-da ilk dəfə olaraq Azərbaycan birinciliyi yarışlarına yeniyetmə və gənc qızlar da qoşulacaq.
Martın 15-də yeniyetmə yunan-Roma güləşçiləri arasında 69, 76, 85 və 100 kq çəki dərəcələrində görüşlər keçirilib. Bununla da Yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan birinciliyi başa çatıb. 122 güləşçinin mübarizə apardığı görüşlərin nəticəsində fəxri kürsüyə yüksələn pəhləvanlarla tanış olun.
69 kq
1. Hacımurad Bağmanov
2. Kənan Vəlizadə
3. Aqil Dadaşov
3. Elşən Novruzlu
76 kq
1. Anar Rəsulzadə
2. Şahin İsmayılzadə
3. Təhmasib Ağayev
3. Şadman Hüseynov
85 kq
1. Hacımurad Çöpçiyev
2. Sərxan Cahangirli
3. Röyal Mirzəyev
3. Kamran Babayev
100 kq
1. Türmən Eyyubov
2. Əli Həsənov
3. Ümid Nəcəfov
3. İsa Zəkiyev
0