Rauf Məmmədov Avropa çempionluğunun bir addımlığında
16.03.2010 - 10:31
Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov Xorvatiyanın Riyeka şəhərində keçirilən fərdi Avropa çempionatının qalibi olmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı zəka sahibi yarışın IX turunda Maksim Rodşteyn (İsrail) üzərində qələbə sayəsində yaxşı fürsət yaxalayıb. Xalını 7-yə çatdıran Rauf sona iki tur qalmış lider, rusiyalı Yan Nepomnyaçnıdan yarım xal geri qalır.
Hesabat turunda kişi şahmatçılarımızdan Namiq Quliyev və Qədir Hüseynov da qalib gəlib. Eltac Səfərli “sülh” bağladığı halda, 4 idmançımız - Nicat Məmmədov, Vasif Durarbəyli, Ülvi Bacarani və Vüqar Rəsulov məğlubiyyət acısı dadıb.
Xanımlarımızın da çıxışını bir o qədər uğurlu saymaz olmaz. Belə ki, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə İsgəndərova və Nərgiz Umudova uduzublar. Nərmin Kazımova və Xəyalə Abdulla qələbə qazanıb, Zeynəb Məmmədyarova isə heç-heçə oynayıb.
X və XI turun qarşılaşmaları bu gün və sabah oynanılacaq. Martın 18-də tay-breyklər baş tutacaq. Avropa çempionatının rəsmi bağlanış mərasimi də həmin gün keçiriləcək.
IX turdan sonra turnir cədvəli
Kişilər (333 iştirakçı):
5. Rauf Məmmədov 7 xal
47. Eltac Səfərli 6
88. Nicat Məmmədov 5,5
105. Namiq Quliyev 5,5
127. Vasif Durarbəyli 5
142. Ülvi Bacarani 5
174. Qədir Hüseynov 5
272. Vüqar Rəsulov 4
Qadınlar (158 iştirakçı):
68. Zeynəb Məmmədyarova 5
87. Nərmin Kazımova 4,5
90. Xəyalə Abdulla 4,5
93. Gülnar Məmmədova 4
96. Türkan Məmmədyarova 4
109. Nərgiz Umudova 4
126. Xəyalə İsgəndərova 3,5

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0