Yığmamızın baş məşqçisi: 4:7 hesabı obyektiv nəticə deyil
17.03.2010 - 10:54
Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Xesus Yu Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirdə hakimlikdən narazı qalıb. Apasport.az saytının məlumatına görə, kubalı mütəxəssis yetirmələrinin Özbəkistan yığmasına 4:7 hesabı ilə uduzduğu ilk görüşdə nəticəni qanunauyğun saymır.
Yu Qazaxıstan mətbuatına açıqlamasında ilk döyüşdə onlara qarşı hakim qərəzi olduğunu bəyan edib: “4:7 hesablı məğlubiyyətimiz obyektiv nəticə deyildi. Bəzi döyüşlərdə hesab başqa cür olmalı idi. Astanaya gətirdiyimiz heyət 3-4 boksçunu çıxmaq şərti ilə əsasən gənclərdən təşkil olunub. İndi biz kollektivin yeniləşməsi ilə məşğuluq. Artıq komandada Azərbaycanda gənclər arasında keçiriləcək dünya çempionatında çıxış edəcək boksçu yoxdur”.
Qeyd edək ki, dünən startı verilən turnirin 4 iştirakçısı var. Bunlar Azərbaycan və Özbəkistanla yanaşı, təşkilatçılar və Ukrayna yığmasıdır.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0