Ermənistan yığması Bakıya gələsi olmadı
17.03.2010 - 17:10
Ermənistanın yunan-Roma güləşi üzrə milli komandası aprelin 13-də Bakıda start götürəcək Avropa çempionatına qatılmayacaq. Lent.az-ın məlumatına görə, bu haqda “armsport.am”a yığmanın baş məşqçisi Levon Culfalakyan açıqlama verib.
Culfalakyan bu qərarın Ermənistan Milli Olimpiya Komitəsi tərəfindən qəbul olunduğunu bildirib. Səbəb kimi 6 – 12 sentyabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşmaq istəyi göstərilib: “Hazırda biz İrəvanda təlim-məşq toplantısındayıq. Hazırlıq prosesi martın 30-da yekunlaşacaq. Daha bir toplanışımız 31 mart – 14 apreldə olacaq”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası da 13-14 fevralda İrəvanda keçirilmiş Dünya Kubokuna qatılmaqdan imtina etmişdi. Azərbaycan Güləş Federasiyası səbəb kimi Bakıda təşkil olunacaq Avropa çempionatına xüsusi proqramla hazırlaşmalarını göstərmişdi.

- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
0
0