Azərbaycan Avropa çempionatına tam hazırdır!
10.04.2010 - 13:40
Bakıda keçiriləcək yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatı ilə bağlı bu gün mətbuat konfrans keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə FİLA prezidenti Rafael Martinetti, CELA-nın prezidenti Tzeno Tzenov və AGF-in vitse-prezidenti Namiq Əliyev iştirak edirdilər.
Konfransa giriş sözü ilə başlayan Rafael Martinetti Azərbaycana yenidən gəlməyindən məmnun olduğunu və yarışın yüksək səviyyədə keçəcəyinə inandığını bildirib.
Sonra Əliyev ölkəmizin artıq yarışa hazır olduğunu deyib: “Bu gündən Avropa çempionatına start verilir. Bir sözlə, mətbuat konfransı ilə yarış həyacanı başlayır”.
Yığmalarımızda vəziyyətin normal olduğunu bildirən vitse-prezident ən azı iştirak etdiyimiz son qitə çempionatındakı uğuru təkrarlayacaqlarını deyib: “Hər bir çəkidə mübarizə aparacaq güləşçilərimizdən medal gözləyirik. Qeyd edim ki, axırıncı qitə birinciliyində idmançılarımız 5 qızıl, 2 gümüş və 2 bürünc qazanmışdılar. İnanıram ki, doğma divarlar arasında bundan az medal qazanmayacağıq”.
Sonra qonaqlar ermənilərin Bakıya gəlməməsinə fikir bildiriblər. Hər iki qurumun prezidentləri Ermənistan millisi barədə heç bir sanksiya verilməyəcəyini vurğulayıblar. Martinetti bildirib ki, ermənilər fevralda Bakıya gəlmək üçün müraciət etmişdilər: “Lakin sonradan iştirak ərizəsini doldurmadılar və Azərbaycana gələsi olmadılar. Bunun üçün qanunlarda heç bir cəza tədbiri nəzərdə tutulmayıb. Məsələn, sizin ölkənin idmançıları da Ermənistanda təşkil edilən analoji yarışa getmədi. Bir sözlə, bu hər bir ölkənin daxili işidir”.
Ölkəmizdə idmanın bu növü üzrə növbəti belə mötəbər tədbirin London-2012-yə qədər planlaşdırılmadığı qeyd edildi. “Artıq olimpiadaya qədər bütün dünya və Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları müəyyənləşib. Amma buna baxmayaraq, hər il Azərbaycanda keçirilən “Qızıl Qran-pri yarışının finalı yenidən Bakıda olacaq. Bir də ola bilsin ki, olimpiadaya lisenziya verəcək yarışın burada keçirilməsi üçün müraciət edək” - deyə Namiq Əliyev bildirib.

0
0