Rusiyadan şad, Türkiyədən bəd xəbər
12.04.2010 - 10:32
Rusiyanın Xabarovsk şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin apasport.az saytına verdiyi məlumata görə, 4 idmançı ilə mübarizə apardığımız yarışda komandamız 3 medal qazanıb.
Finalda Avstraliya boksçusuna qalib gələn İsmət Eynullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinalda uduzan Emil Məhərrəmov və Elvin Məmişzadə bürünc medalla kifayətləniblər.
Təəssüf ki, Rusiyadan fərqli, Türkiyədə təşkil edilən beynəlxalq turnirdə idmançılarımız onlara bəslənilən ümidləri puç ediblər. 11 boksçu ilə təmsil olunduğumuz yarış Azərbaycan təmsilçiləri üçün medalsız başa çatıb.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0