Yığmamız Avropa çempionatının ilk gününü 2 qızıl, 1 gümüşlə başa vurdu
13.04.2010 - 21:00
Bu gün Bakıda yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 37 ölkədən 450-yə yaxın idmançının qatıldığı yarışda öncə sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Belə ki, bu gün çəkiləri 55 kq, 66 kq, 84 kq və 120 kq olan güləşçilər xalça üzərinə çıxıblar. Bu çəkilərdə Azərbaycan pəhləvanlarından Mahmud Maqomedov, Cəbrayıl Həsənov, Şərif Şərifov və Əli İsayev medallar uğrunda qüvvələrini sınayıblar.
55 kq
Bu çəkidə mübarizə aparan Mahmud Maqomedov ilk görüşdə almaniyalı rəqibini sınağa çəkib. Marsel Evaldla qurşaq tutan dağıstanlı legionerimiz bu gün həm də yığmamızın heyətində Avropa çempionatında debüt edib.
Avropa çempionatında döşəyə ilk çıxan ən yüngül çəkidəki təmsilçimiz rəqibinə heç bir şans verməyib. O hər 2 hissədə 2:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
Mahmudun 1/4 final mərhələsində rəqibi moldovalı Aleksandr Çirtoaca olub. Güləşçimiz mübarizəyə bu mərhələdən başlayan Aleksandrı Bakıya gəlməyə peşman edib. İlk hissədə 4:1 hesabı ilə qələbə qazanan Mahmudun ikinci hissədə püşk üzünə gülüb. Püşkə görə, fənd işlətməli olan güləşçimiz bunu bacarıb və yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda rumın Andrey Dukovla güləşən təmsilçimiz əvvəlcə rəqibə xal versə, hissənin sonunda hesabı bərabərləşdirib. Qaydalara görə, axırıncı xal aldığından Mahmud fasiləyə qalib kimi yollanıb. Lakin ikinci hissədə rəqib hesabı bərabərləşdirdiyindən finalçı üçüncü hissədə müəyyənləşib. Bu hissədə heç bir güləşçi xal qazanmadığından püşkə əsasən rəqib fənd işlədib. Burada isə Mahmud daha cəld tərpənib və finala vəsiqə qazanıb.
Həlledici görüşdə güləşçimizin rəqibi son dünya çempionu Viktor Lebedevə qalib gələn Radoslav Velikov olub. Həmyerlimiz ilk cəhddə rəqibinə heç bir aman verməyərək, 7:0 hesablı qələbə qazanıb. İkinci hissədə də Velikovdan güclü olan (4:1) legionerimiz Avropa çempionu adına sahib çıxıb.
66 kq
1/8 final mərhələsində Cəbrayıl Həsənov britaniyalı Ceyms Robertslə güləşib. Yığmada Azərbaycan güləş məktəbinin yeganə yetirməsi olan Həsənov ilk hissədə 5:0 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də rəqibinə şans verməyən Cəbrayıl qitə çempionatına qələbə ilə başlayıb.
O, növbəti görüşdə Vladimir Gotisanı (Moldova) sınağa çəkib. İlk hissə həmyerlimizin üstünlüyü ilə yekunlaşıb - 3:0. Həsənov moldovalı idmançının ikinci hissədə də üstələyərək (4:0), yarımfinala yüksəlib.
Cəbrayıl bu mərhələdə polşalı Henrik Sobierajla mübarizə aparıb. İlk hissədə 2:0 hesablı qələbə qazanan Həsənov ikinci hissədən də qalib ayrılıb - 4:0. Bununla da, Həsənov finala yüksələn ikinci Azərbaycan idmançısı olub.
Həmyerlimiz qızıl medal uğrunda 2008-ci ildə dünya birinciliyinin qalibi rusiyalı Maqomedmurat Qaciyevlə qurşaq tutub. Birinci hissədə Həsənov təcrübəli rəqibindən üstün olub – 1:0. Amma idmançımız üstünlüyünü sonadək saxlaya bilməyib. İkinci hissədə rusiyalı pəhləvan daha yaxşı çıxış edib – 0:3. Əsas mübarizə isə üçüncü hissədə olub. İdmançımız əsl xarakter göstərərək, qızıl medalı rəqibinə güzəştə getməyib və Avropa çempionu tituluna yiyələnib.
84 kq
Şərif Şərifovun ilk rəqibi makedoniyalı Deyan Boqdanov idi. Təmsilçimiz bu görüşün ilk hissəsində 2:0 hesablı qələbə qazanıb. Rəqibini növbəti hissədə də məğlub edən (3:0) Şərifov 1/4 finala çıxıb.
Onun burada rəqibi fransalı Səid Əhməd Mahmudoviç olub. Güləşçimiz ilk hissənin əvvəlində 6 xal qazandığından hissə vaxtından əvvəl dayandırılıb və Şərif Şərifov istirahətə qalib kimi yollanıb. O ikinci hissədə də fədakarlıq nümayiş etdirərək, 3:0 hesabı ilə qələbə qazanmaqla, yarımfinala vəsiqə qazanıb.
Bu mərhələ güləşçimiz üçün daha asan keçib. 24 saniyəyə rəqibi rumın Stefan Georgitanın kürəyini yerə vuran Şərifov finala yüksəlib. Nəticədə Avropa çempionatının qızıl medalına iddialı olan güləşçilərimizin sayı 3-ə çatıb.
Həlledici final qarşılaşmasında daha bir idmançımız rusiyalı həmkarına qarşı mübarizə aparıb. Şərifov son görüşdə Anzor Urişevlə qarşılaşıb. Birinci hissədə pəhləvanımız rəqibin fəndləri qarşısında aciz qalıb – 1:3. Şərifovun növbəti hissədə də cəhdləri səmərə verməyib. O, bu hissədədə məğlub olaraq qızıl medalı əldən verib və gümüşlə kifayətlənib.
120 kq
Əli İsayev Avropa çempionu titulunu qoruya bilməyib. Yığmamızın ən ağır çəkili idmançısı birinci görüşdə belaruslu Aleksey Şemarovla qarşılaşıb və məğlub olub.
Aleksey yarımfinalda rusiyalı Bilal Maxova uduzduğundan İsayev təsəlliverici görüşlərə qatılmaq hüququndan məhrum olub.

0
0