Olimpiya çempionumuz Avropa çempionatına aparılmadı
13.04.2010 - 17:13
Aprelin 22-24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ağayar Axundzadənin açıqladığı heyətdə Olimpiya çempionu Elnur Məmmədli və Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev yer almayıblar.
Vyanada cüdoçularımızdan İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, qitə çempionatının ilk günündə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq), yarışların ikinci günü Elxan Rəcəbli (81 kq), aprelin 24-də isə Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) qüvvəsini sınayacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0