1 qızıl, 1 bürünc - YENİLƏNİB
14.04.2010 - 19:58
Bakıda keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə təsəlliverici və final görüşləri ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışların ikinci günündə çəkisi 60 kq, 74 kq və 96 kq olan pəhləvanlar xalça üzərinə çıxıblar.
Bu çəkilərdə Azərbaycan milli komandasının heyətində xalça üzərinə çıxan 3 idmançımızdan - Hacı Əliyev, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumovdan yalnız sonuncu finala vəsiqə qazanıb.
Güləşçilərimizdən Hacı Əliyev (60 kq) 1/4 finalda mübarizəni dayandırıb. Onun rəqibi Andrey Perpelita (Moldova) yarımfinalda uduzduğundan, idmançımız təsəlliverici görüşlərdə də iştirak etməyəcək.
Son Avropa çempionatının qızıl mükafatçısı Çamsulvara Çamsulvarayev (74 kq) isə yarımfinalda məğlub olaraq, təsəlliverici görüşdə qüvvəsini sınamaq hüququ qazanıb. Onun bu mərhələdə rəqibi almaniyalı Georg Hart olub. İlk hissədə Çamsulvarayev rəqibinə qalib gəlib – 2:0. İkinci hissədə də eyni hesabla qələbə qazanan idmançımız bürünc medala sahib çıxıb.
Avropa çempionumuz Xetaq Qazyumov (96 kq) isə titulunu qorumaq üçün həlledici görüşdə gürcüstanlı Georgi Qoqşelidze ilə qarşılaşıb.
Pəhləvanımız ilk hissədə çətinliklə də olsa, qalib gəlib - 2:0. Püşkdən sonra 1 xal qazanan Xetaq rəqibin etirazı haqsız sayıldığından daha 1 xala sahib çıxıb. İkinci hissədə də 1:0 hesablı qələbə qazanan Qazyumov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da, Xetaq ikiqat Avropa çempionu olub.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə yığma komandamız 2 qızıl, 1 gümüş medal qazanıb. Bu gün qazanılan 1 qızıl, 1 bürünclə millimizin hesabındakı medalların sayı beşə çatıb: 3 qızıl, 1 gümüş, 1 bürünc.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0