Mövlud Mirəliyev yığmadan kənarlaşdırılmasına aydınlıq gətirdi
14.04.2010 - 14:46
Aprelin 22-24-də Vyanada keçiriləcək cüdo üzrə Avropa çempionatına aparılmayan Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev millidə yer almamasına münasibət bildirib. Bu barədə apasport.az saytına açıqlama verən idmançı bildirib ki, Azərbaycanda qalmasına səbəb yarışa tam hazır olmamasıdır: “Yarışa tam hazır deyiləm. Bundan əlavə, Azərbaycan çempionatında 100 kq çəki dərəcəsində Elmar Qasımov çempion olduğu üçün yarışa getmək də onun haqqı idi”.
Az öncə Rusiyada keçirilən güc sturukturlarının Avropa çempionatında Vergilər Nazirliyinin heyətində bürünc medal qazanan Mirəliyev yığmaya qitə çempionatından sonra qoşulacağını bildirdi: “Komanda Vyanadan qayıtdıqdan sonra yenidən milli ilə məşq edəcəyəm. Çünki mayda Olimpiya Oyunlarına lisenziya xalı verəcək yarışlar start götürəcək. İlk yarış isə Tunisdə olacaq. Artıq bu turnirdən başlayaraq bütün lisenziya yarışlarında Elmarla birgə iştirak edəcəyəm. Sonda kim çox xal toplasa, Olimpiadaya da o gedəcək”.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0