Həbsə düşən məşhurlar - FOTOSESSİYA
15.04.2010 - 10:46
Həbsə düşən məşhurlar - FOTOSESSİYA
1. Maykl Tayson
Ağır çəkili dünya çempionu Mayk Tayson 1992-ci ildə 18 yaşındakı gözəllik kraliçası - Desiriyə Vaşinqtonda təcavüz edib və 3 il 6 ay həbs cəzası çəkib.

2. Toni Adams
İngiltərə yığmasının və “Arsenal”ın keçmiş ulduzu Adams içkili vəziyyətdə həddindən artıq sürətli maşın idarə etdiyi üçün 4 ay həbs olunub.

3. Tanju Çolaq
Türkiyə futbolunun canlı əfsanəsi 1994-cü ildə oğurluq “Mercedes”lə tutulduğundan 23 ay həbs çəkib.

4. Laszlo Bodnar
Evinə gedərkən avtomobilini həddindən artıq sürətli idarə edib və piyada keçidinə çıxıb. Nəticədə 34 yaşındakı velosipedsürən adamın ölümünə səbəb olan Bodnar 1 il həbs cəzası alıb.

5. Marlon King
2002-ci ildə də oğurluq hadisəsində adı hallandığı üçün 5 ay həbs çəkib.

6. Duncan Ferqyusson
Şotlandiyanın “Reyncers” komandasının heyətində “Raith Rovers”lə keçirilən matçda rəqibinə kəllə atan Duncan 44 gün azadlıqdan məhrum olub.

7. Corc Best
Dünya futboluna adını qızıl hərflərlə yazdıran futbolçu spirtli içki qəbul etdiyindən 3 ay dəmir barmaqlılar arxasında olub.

8. Behnur Babaoğlu
Keçmiş futbolçu Benhur Babaoğlunun 10 nəfərlik qrupla İstanbul kokain ticarəti ilə məşğul olduqları üçün həbs edilib.

9. Maykl Danton
NHL-in hokkey ulduzlarından Maykl Danton menaceri David Frostu öldürdüyündən ömrünün 7,5 ilini dəmir barmaqlar arasında keçirib.

10. Rae Carrut
Amerika futbolunun məşhur siması 2001-ci ildə sevgilisi Çerica Adamsı yalan danışmaqda və onu aldatmaqda günahlandıraraq öldürüb.