Avropa çempionumuz: Toplanışda yaxşı qidalana bilmirik
15.04.2010 - 18:29
“Dünən bir günlük evə buraxılmışdıq. Bu gündən yenə məşqlərimizi bərpa etmişik”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan cüdoçusu, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Kifayət Qasımova (57 kq) deyib.
26 yaşlı cüdoçu mundialda ciddi zədələndikdən sonra ikinci dəfə təlim-məşq toplanışında iştirak edir. O, Zağulbada təlim-məşq toplanışı üçün yaradılan şəraitdən narazılığını bildirib: “Məşqlərimiz qaydasındadır. Ağayar Axundzadə başda olmaqla, məşqçilərin nəzarətindəyik. Bir neçə gün öncə ayağımda ağrılar baş qaldırmışdı. İndi isə sağlamlığımla bağlı problem var. Yaxşı qidalana bilmirik, mədə-bağırsaq sistemim normal fəaliyyətindən çıxıb. Özümü heç də yaxşı hiss etmirəm”.
Qeyd edək ki, Zağulbadakı təlim-məşq toplanışı aprelin 22-24-də Avstriyanın Vyana şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Kifayət hazırlığa cəlb olunsa da, çempionatda mübarizə aparmayacaq.

- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
0
0