Avropa çempionumuz mübarizəyə başlayır
16.04.2010 - 09:37
Bu gün Almaniyanın Bremen şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumata görə, yarışın ilk günündə fərdi növdə çıxış edəcək gimnastlar xalçaya çıxacaqlar.
Almaniyalı azarkeşlər öncə yeniyetmə idmançıların nəyə qadir olduqlarına tamaşa edəcəklər. Bu yaş qrupunda mübarizə aparacaq Lalə Yusifova və Aişə Mustafayeva ip və halqa ilə hərəkətlərdə (15:00-16:50) gücünü sinayacaq.
Saat 19:00-da isə böyüklərin çoxnövçülük yarışları başlayacaq. Aliyə Qarayeva və Zeynəb Cavadlı ilə təmsil olunduğumuz yarışda uğurlu nəticəyə ümid etmək olar.
Yarışın ilk gününə yeniyetmə gimnastların final yarışları ilə yekun vurulacaq.
Qeyd edək ki, Avropa çempionatı 3 gün davam edəcək.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0