Vulkan milli komandamızın planlarını dəyişdi
20.04.2010 - 11:26
İslandiyadakı vulkan püskürməsi Azərbaycan taekvondoçularının İspaniyada keçiriləcək beynəlxalq turnirdə iştirakına mane olub. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, təyyarə reysləri təxirə salındığından komanda səfərə yollanmayacaq.
İmaməliyev bildirib ki, beynəlxalq turnirə qatılmasalar da, təlim-məşq məşq toplanışı davam edəcək: “Avropa çempionatına hazırlıq davam edir. Beynəlxalq turnirə getmədiyimizdən, Qubada təlim-məşq toplanışının vaxtı uzadılıb. Belə ki, məşqləri aprelin 21-də sona çatdırmalı idik. Lakin bu müddət mayın 7-də başa çatacaq”.
Baş məşqçi həmçinin bildirib ki, komanda Avropa çempionatına qədər tam hazır olacaq.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0