Ramil Quliyevin yarışlara qatılmamasının səbəbi bəlli oldu
22.04.2010 - 11:31
Atletika üzrə Azərbaycan yığmasının lideri Ramil Quliyev məşqlərini bərpa edib. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Sultanzadə qeyd edib ki, artıq atletimiz zədəsini tam sağaldıb.
“Ramil Quliyev qış mövsümündə heç bir yarışda iştirak etmədi. Buna səbəb onun belində olan problem idi. Artıq onun zədəsi sağalıb. Atletimiz yaxın günlərdə Sankt-Peterburqda bir daha müayinədən keçib və yarışlarda iştirakı üçün icazə verilib” – deyə baş məşqçi bildirib.
Atletimiz mayın 9-23-də Türkiyədə keçiriləcək təlim-məşq toplanışında da iştirak edəcək. Yığmanın baş məşqçisi onunla birlikdə Ruslan Abbasov və Valentin Buliçevi də səfərə aparacaq. Hazırlıqda əsas məqsəd iyunun 19-20-də komandalar arasında keçiriləcək Avropa çempionatına ciddi hazırlaşmaqdır.
Sultanzadə, həmçinin bildirib ki, millimizin efiopiyalı atletləri də mayın 20-də Türkiyədə təlim-məşq toplanışına start verəcəklər. Orta və uzun məsafələrdə ölkəmizi təmsil edən legionerlərin Boludakı məşqləri 5 gün çəkəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0