Qurban Qurbanov Çexiyaya yollanır
22.04.2010 - 12:09
Aprelin 24-də Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Dünya Kuboku start götürəcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında 19 idmançı - Mehman Sadıqov (50 kq), İsgəndər Talışinskiy, Vüsal Şabanlı, Xəzər Bəhramzadə (hər üçü 55 kq), Toğrul Hüseynov, Hüseyn Rəhimov, Niyaməddin Abbasov, Afiq Səfərli (hər dördü 60 kq), İslam Əbdulrəhimzadə, Cəlil Cəlilov, İmran Quliyev (hər üçü 66 kq), Ələsgər Rəhimov, Firudin Dadaşov, Məhəmməd Hüsənov (73 kq), Qurban Qurbanov, Vüsal Kazımlı, Cəlil Şükürov (hər üçü 81 kq), Səbuhi Axundov (90 kq) və Adəm Ələsgərli (+ 90 kq) qüvvəsini sınayacaq. Dünya kubokunu 2 gün davam edəcək.
Qeyd edək ki, yarışdan sonra isə komandamızın üzvləri 3 günlük (26-28 aprel) təlim-məşq toplantılarına qatıldıqdan sonra vətənə dönəcəklər.
Qeyd edək ki, yarışdan sonra isə komandamızın üzvləri 3 günlük (26-28 aprel) təlim-məşq toplantılarına qatıldıqdan sonra vətənə dönəcəklər.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0