Kifayət Qasımovanın “Mazda”sı oğurlanıb
23.04.2010 - 15:03
Azərbaycan cüdoçusu, ikiqat Avropa çempionu Kifayət Qasımova xoşagəlməz halla üzləşib. Bu barədə apasport.az saytına idmançının özü məlumat verib. Onun bildirdiyinə görə, “Mazda” markalı avtomobili Xətai rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən qaçırılıb: “Hadisə təqribən 20 gün öncə baş verib. Qayıdanda maşını orada görmədim və dərhal polisə müraciət etdim. Maşınım 2 gün oğruların əlində qaldı. Daha sonra tapdılar. Elə indi də həmin avtomobildən istifadə edirəm”.
Maşını qaçıran həmin avtoyumada çalışan Aydın Əzimov olub. Onunla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0