Ermənistan yığması Bakıda
23.04.2010 - 17:01
Ermənistanın boks üzrə gənclərdən ibarət milli komandası bu gün səhər saatlarında Bakıya gəlib. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətini Azərbaycan paytaxtına Tbilisi – Bakı reysi ilə hərəkət edən təyyarə gətirib. Onlar aprelin 25-də “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək gənclər arasında dünya çempionatında iştirak edəcəklər. Dünya çempionatı 14 – 26 avqustda Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Ermənistan nümayəndə heyətinin tərkibi 13 nəfərdən ibarətdir. Onlardan 6-sı boksçu, qalanları isə məşqçi və digər rəsmi şəxslərdir. Nümayəndə heyəti Bakıdakı idman komplekslərindən birində yerləşdirilib. Onlar xüsusi təhlükəsizlik tədbirləri şəraitində saxlanılırlar və heç bir ölkə yığması ilə qonşuluqda deyillər.
Qeyd edək ki, dünya çempionatının açılış mərasimi aprelin 25-də saat 18:00-da olacaq. Yarış mayın 3-dək davam edəcək.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0