Cüdo yığmamız Avropa çempionatından 1 bürünclə qayıdır
24.04.2010 - 22:30
Azərbaycan cüdoçuları Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa çempionatında çıxışlarını başa vurublar. Apasport.az saytının xəbərinə görə, bu gün iki idmançımız tatami üzərinə çıxıb.
Elmar Qasımov (100 kq) elə ilk görüşdəcə Levan Jorjilianiyə (Gürcüstan) məğlub olaraq, mübarizəni dayandırıb.
1/8 finaldan mübarizəyə başlayan Elxan Məmmədov (90 kq) isə ilk görüşündə italiyalı Valter Fasenti, növbəti mərhələdə İllias İlliadisi (Yunanıstan) məğlub edib. Yarımfinalda gürcü Varlamom Lipartelianiyə uduzan idmançımız bürünc medal uğrunda Karolis Bauzeyə (Litva) qalib gəlib.
Bu, Azərbaycan yığmasının qitə çempionatında qazandığı yeganə medal olub.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0