AİBA prezidenti Bakıda mətbuat konfransı keçirib
25.04.2010 - 20:32
Bu gün Bakıda gənc boksçular arasında dünya çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, bununla bağlı Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Çinq Kou Vu və Azərbaycan Boks Federasiyasının (ABF) birinci vitse-prezidenti Ağacan Abıyev mətbuat konfransı keçiriblər.
Yenidən Bakıya gəldiyindən məmnun olduğunu bildirən Vu bildirib ki, ötən il Azərbaycanda keçirilmiş “AİBA Prezidenti kuboku” uğrunda beynəlxalq turnir yüksək səviyyədə təşkil edildiyinə görə, gənclər arasında dünya çempionatının təşkilatçılıq hüququ da ölkəmizə verilib. Gənclərin dünya çempionatının idmançılar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan AİBA başçısı qeyd edib ki, bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında ilk Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir. O, AİBA-nın təşəbbüsü ilə həyata keçirilən “Bakıya gedən yol” layihəsi çərçivəsində kasıb ölkələrin Azərbaycan paytaxtında keçirilən dünya çempionatında iştirakının təmin olunmasında ABF-nin xidmətlərini yüksək qiymətləndirib.
Azərbaycanda boksun səviyyəsinin çox yüksək olduğunu vurğulayan Abıyev isə çempionatda idmançılarımızın uğurla çıxış edəcəklərinə əminliyini və boksçularımızın hər çəki dərəcəsində medallara iddialı olduğunu bildirib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0