Bakıda keçirilən boks üzrə dünya çempionatının açılış mərasimi olub
25.04.2010 - 20:41
Bu gün Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində start götürən gənclər arasında boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi olub. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın dövlət himni səsləndikdən sonra gənclər və idman naziri Azad Rəhimov çıxıb edib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanıb.
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AIBA) prezidenti Çinq Kou Vu çempionatın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş, gənc boksçulara idman uğurları arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulayıb.
Ardından çıxış edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir: “Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış ediblər. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”.
Sonra K.Heydərov yarış iştirakçılarına uğurlar arzulayaraq, çempionatı açıq elan edib.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.
Xatırladaq ki, dünya çempionatda 96 ölkədən 500 idmançı iştirak edir.
AzərTac

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0