Elxan Rəcəbli: 2 döyüşdən sonra uduzsaydım, təəssüflənməzdim
27.04.2010 - 12:50
“1/16 final mərhələsində türkiyəli rəqib üzərində təmiz qələbə qazansam da, növbəti görüşdə hollandiyalı idmançıya xəbərdarlıqla uduzdum. Heç olmasa, 2 döyüşdən sonra məğlub olsaydım, təəssüflənməzdim. Çünki belə olan halda, təsəlliverici görüşlərdə bürünc medal uğrunda mübarizəni davam etdirəcəkdim”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Rəcəbli deyib.
Rəcəbli az öncə Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı 1/8 final mərhələsində bəxtinin gətirmədiyini bildirib: “Medal qazanacağımı düşünürdüm. Lakin püşk məni güclü qrupa saldı. İkinci qarşılaşmada bizim çəkidə favorit hesab edilən dünya çempionu və Avropa çempionatının mükafatçısı ilə üz-üzə gəldim. Onunla görüş bərabər səviyyədə keçdi. Hər ikimizin hesabında 2 xəbərdarlıq olsa da, sonda səhv etməyim rəqibin növbəti mərhələyə vəsiqə qazanması ilə nəticələndi”.
Yığmamızın üzvü bildirib ki, digər komanda yoldaşları da öz səhvlərinin güdazına gediblər: “Yığmamızın üzvləri öz çəkilərində heç bir rəqibdən zəif deyillər. Hər birimiz son anda məğlubiyyətdən qaça bilmədik. Yəni, hamımız öz səhvimizdən uduzduq. Məsələn, Elmar Qasımov gürcü idmançı ilə döyüşdə hesabda irəlidə olarkən, xəbərdarlıq aldı və yarışı vaxtından əvvəl dayandırdı. Tərlanın da uduzması gözlənilməz oldu”.
Cüdoçumuz bütün bunlarla yanaşı, son təlim-məşq toplanışında yaradılan şəraitdən də narazı qalıb: “Avropa çempionatına hazırlıq dövründə Belarusda yaxşı təlim-məşq toplanışı keçsək də, Bakıda bunun əksini gördük. Maraqlıdır ki, lazımı şəraiti olmayan Zağulbada cüdoçulardan başqa heç kim təlim-məşq toplanışı keçmir. Orada həmçinin yeməklə bağlı problem də var idi”.

0
0