Abdullayev uduzdu, Məmmədov 1/4 finalda - YENİLƏNİB
28.04.2010 - 21:38
Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənc boksçular arasında keçirilən dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün çəkisi 48 kq, 51 kq, 54 kq, 60 kq, 64 kq və 81 kq olan idmançılar qüvvələrini sınayıblar. Bu çəkilər üzrə Azərbaycan idmançılarından üçü ilk döyüşünə, digər üçü isə ikinci görüşünə çıxıblar.
48 kq
Ən yüngül çəkidə ölkəmizi təmsil edən Salman Əlizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun rəqibi Qvatemala təmsilçisi Mixael Tello olub. Döyüşün ilk dəqiqələrindən hücuma keçən Əlizadə rəqibin ciddi müqaviməti ilə üzləşib. O birinci raundu 1 dəqiq zərbə ilə bitirib. İkinci və üçüncü raundlarda Tellonu rinqin küncünə sıxışdıran boksçumuz 6:2 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.
51 kq
İlk görüşündə braziliyalı Juscelino Bonifacioya 10 xal fərqi ilə qalib gələn Şaban Şahpələngov 1/16 final mərhələsində Kristofer Felanı (İrlandiya) sınağa çəkib. İlk raundda rəqibinə 4:1 hesabı ilə qalib gələn həmyerlimiz ikinci raundda da ondan üstün olub – 6:4. Üçüncü raunddan sonra 15:6 hesabı ilə qələbə qazanan Şahpələngov 1/8 final mərhələsinə yüksəlib.
54 kq
Bu çəkidə ilk döyüşünə çıxan Elnur Zeynalov 1/16 final mərhələsində Robert Lakatosla (Macarıstan) üz-üzə gəlib. İlk dəqiqələrdə rəqib 2 xal fərqi ilə hesabda irəli keçsə də, raundun sonunda Zeynalov görüşün axarını dəyişməyi bacarıb. Fasiləyə 3:2 hesabı ilə öndə yollanan boksçumuz ikinci raundda da əzmkarlıq nümayiş etdirib və eyni hesabla qələbə qazanıb. Lakin fiziki cəhətdən zəif təsir bağışlayan Zeynalov üçüncü raundda rəqibin hücumları qarşısında tab gətirə bilməyib. Nəticədə 7:10 hesabı ilə məğlub olan təmsilçimiz dünya birinciliyində çıxışını dayandırıb.
60 kq
Məşqçilərin son anda yığmaya dəvət etdikləri Kamran Baxışəliyev ilk imtahanından əla qiymət alıb. Belə ki, 1/16 final mərhələsində rumıniyalı Amansio Parasçivlə qarşılaşan həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Nəticədə hesab 10:3 boksçumuzun xeyrinə olarkən, rəqib nokdauna düşüb və hakim döyüşü vaxtından əvvəl saxlayıb. Beləliklə, bu gün Baxışəliyev də adını 1/8 final mərhələsinə çıxan xoşbəxtlər siyahısına yazdırıb.
64 kq
1/32 final mərhələsində hindistanlı rəqibinə qalib gələn Tamerlan Abdullayev ikinci görüşündə Fabian Maidana (Argentina) ilə qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə rinqdən məğlubiyyətlə (4:7) ayrılaraq, mübarizəni dayandırıb.
81 kq
Braziliyalı Tyaqu Enrike Lima ilə qarşılaşmadan üzüağ çıxan Teymur Məmmədov 1/8 final mərhələsində Aolin Zangla (Çin) mübarizə qarşılaşıb. Birinci və üçüncü hissədə rəqibindən üstün olan boksçumuz yekunda 9:2 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünya birinciliyinin arxada qalan 3 günündə yalnız 1 boksçumuz çıxışını dayandırıb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0