“Pul çox olanda, idmançı da həvəslə güləşir” – MÜSAHİBƏ
29.04.2010 - 11:55
Azərbaycan cüdo yığmasının üzvü, sonuncu Avropa çempionatının bürünc mükafatçısı Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Avropa çempionatına hazırlıq zamanı problemlə üzləşmişdiniz. Demək olarmı ki, yarışa istənilən səviyyədə hazırlaşmamışdınız?
- Qran-Pri turnirindən qayıtdıqdan sonra Bakıda yığışdıq. Zallar dolu olduğuna üçün Zağulbada məşq etmək qərarına gəldik. Məşqçilər korpusu hazırlığın yüksək səviyyədə olması üçün əlindən gələni etdi.
- İslandiyadakı vulkan Azərbaycan yığmasının da planlarına təsir etdi. Bu, idmançılara psixoloji cəhətdən təsir etdimi?
- Bəli, yarış öncəsi vəziyyət heç də yaxşı deyildi. Biz Bakıdan İstanbula getdik. Düzü, Azərbaycanı tərk edəndə, yarışda iştirakımız sual altında idi. Baş məşqçi Ağayar Axundzadə qorxurdu ki, Avstriyaya gedə bilməyəcəyik. Amma Axundzadə Türkiyə Hava Yollarının rəhbərliyi ilə danışıqlar apardı və keçiriləcəyi yerə problemsiz getdik.
- Avropa çempionatında təşkilatçılıq hansı səviyyədə idi?
- Deyərdim ki, hər şey əla idi. Bizə qalmaq, qidalanmaq, məşq etmək, eləcə də güləşmək üçün hər cür şərait yaradılmışdı.
- Yarışda yığma komandamıza yeganə medalı siz qazandırdınız. Ümumi komandanın zəif təsir bağışlamasının səbəbi nə idi?
- Böyüklərin yarışında yalnız mənim və Elxan Rəcəblinin təcrübəsi var. İlqar Müşkiyev, Tərlan Kərimov və Elmar Qasımov gənclər arasında müəyyən nəticələr qazansalar da, böyüklərin yarışında hələ heç nə etməyiblər. Qitə birinciliyi onlar üçün təcrübə toplamaq üçün bir vasitə idi. Fikrimcə, bundan yararlandılar. Nəticələrin zəif olmasının tək səbəbi heyətin cavan olması deyil. Eyni zamanda, cüdo qaydalarına əlavə və dəyişikliklər edilib.
- Ötən il də Avropa çempionatında bürünc medal qazanmışdınız. Bu səbəbdən sizdən daha yüksək əyarlı medal gözlənilirdi. Nəticəni yaxşılaşdırmağa nə mane oldu?
- Yarışda motivasiyam yüksək idi. Finala gedən yolda son maneə kimi gürcüstanlı Yay Olimpiya Oyunlarının qalibi, dəfələrlə Avropa çempionu, eləcə, də dünya çempionatlarının mükafatçısı qalmışdı. Düzü, ondan çəkinmirdim. Hücum taktikasına üstünlük verib, zəif yerlərini müəyyənləşdirməyə çalışırdım. "Yuko" fəndini yerinə yetirərkən, səhv etdim. O isə bundan məharətlə istifadə etdi. Əgər onu məğlub edib finala çıxsaydım, 100 faiz bu gün sizinlə Avropa çempionu kimi danışırdım. Amma bu idmandır, reallıqla barışmaq və çox çalışmaq lazımdır.
- Yarışın mükafat fondu nə qədər olduğunu deyə bilərsən?
- Mükafat fondunu Avropa Cüdo İttifaqı müəyyənləşdirmişdi. Qalibə 2000, ikinci yerin sahibinə 1500, bürünc mükafatçıya 500 avro verildi. İndi bunun az və ya çox olduğunu müzakirə etmək istəmirəm. Çünki heç nə dəyişməyəcək. Amma mən bu ilin əvvəlində Qran-Pri yarışında 3-cü yeri tutanda 2000 dollar qazanmışdım. Hər halda, biz yarışa qatılıb qitə birinciliyində Azərbaycanı təmsil etdik.
- Bəs qazandığın medala görə Azərbaycan Cüdo Federasiyası sizi mükafatlandıracaq?
- Mən ötən ilki Avropa çempionatına görə nəzərdə tutulan mükafatı da almamışam. Yəqin ki, hamısını bir yerdə verərlər. Düzdür, pul çox olanda idmançı da həvəslə güləşir. Amma maddi vəziyyətdən asılı olmayaraq, işimizə sevgimiz azalmır. Bizdən tələb olunan güləşməkdir, onu da edirik.
- Mayın 5-də Tunisə gedəcəksiniz. Hər halda, Qran-Pri yarışına ciddi yanaşacaqsınız. Axı, burada London olimpiadası üçün lisenziya xalları toplamalısınız...
- Elədir. Biz Tunisə tam heyətlə gedəcəyik. Mövlud Mirəliyev, Ramin Qasımov, Elnur Məmmədli də heyətə cəlb olunacaqlar. Fikrimcə, onların dönüşü komandaya ruh yüksəkliyi gətirəcək. Əlbəttə, qarşıdakı ən böyük yarış London olimpiadasıdır. Öz adımdan danışıram. Olimpiadaya vəsiqə qazanmaq, adadan vətənə medalla qayıtmaq üçün əlimdən gələni edəcəyəm.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0