“Azərbaycan idmanında da intibah dövrü yaşanır”
29.04.2010 - 17:59
“Şadam ki, yenidən doğma Azərbaycana gəlmişəm. Burada hər şey mənim üçün əzizdir”. Bu sözləri şahmat üzrə dünya yığmasının heyətində Bakıya gələn Emil Sutovski bildirib.
Azərbaycan şahmat məktəbinin yetirməsi olan Sutovski Bakını həmişə xatırladığını və paytaxtımızı çox sevdiyini qeyd edib: “Yarışın keçiriləcəyi “Park İnn” oteli mən yaşadığım evə və məktəbə çox yaxındır. Son vaxtlar Bakı çox gözəlləşib və dəyişib. Sevindirici haldır ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da intibah dövrü yaşanır. Bunun nəticəsi olaraq, perspektivli şahmatçılar da yetişir. “Prezident kuboku” isə Bakıda əsl mübarizəyə səhnə olacaq. İnanıram ki, oyunlar gərgin keçəcək və qələbə qazanmaq heç də asan olmayacaq”.
Xatırladaq ki, Bakıda anadan olan Sutovski 20 ildən çoxdur ki İsraildə yaşayır.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0