Dünya çempionatında 3 boksçumuz qaldı - YENİLƏNİB
30.04.2010 - 19:12
Bakıda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyi həlledici mərhələyə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, bu gün yarışda 1/4 final mərhələsinin görüşləri baş tutacaq. Bu mərhələdə iştirak edəcək 88 idmançı arasında 7 Azərbaycan boksçusu da rinqə çıxacaq.
48 kq
Ən yüngül çəkidə ölkəmizi təmsil edəcək Salman Əlizadə Belarus idmançısı ilə qarşılaşıb. İlk raundda rəqib hesabda irəli keçsə də, boksçumuz dalbadal 2 xal qazanaraq fasiləyə öndə yollanıb - 3:2. Növbəti raundda Əlizadə daha uğurlu çıxış sayəsində rəqibini 5:1 hesabı ilə məğlub edib. Sonuncu raundda da 6 dəqiq zərbə vuran həmyerlimiz 14:6 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. Bununla da idmançımız aktivinə ən pis halda bürünc medal yazdırıb. Bundan əlavə, Əlizadə Sinqapur-2010-a getmək hüququna da sahib olub.
Təmsilçimizin növbəti mərhələdə rəqibi Zohidjon Hurboyevdir (Özbəkistan).
51 kq
Çempionluğa iddialı Şaban Şahpələngov 1/4 finalda hindistanlı Baskar Jerripothulla üz-üzə gəlib. Komanda yoldaşı Salman Əlizadənin uğurunu Şahpələngov də təkrarlayıb. O, görüşün başa çatmasına 47 saniyə qalmış 14:2 hesabı (3:1, 6:1, 5:0) qələbə qazanıb və yarımfinala yüksəlib. Bununla da medal qazanan və Sinqapur-2010-a lisenziyaya sahib olan idmançılarımızın sayı 2-yə çatıb.
Boksçumuz növbəti mərhələdə Vasili Vetkinlə (Rusiya) qarşılaşacaq.
57 kq
Bu çəkidə rinqə çıxan Elvin İsayev Nursultan Pazilovu (Qırğızıstan) 1/4 final mərhələsində yaxşıca “əzişdirib”. Birinci raundda 8:1 hesabı ilə qələbə qazanan İsayev ikinci raundda 10 dəqiq zərbə vurub. Son raundda da rəqibinə şans verməyən həmyerlimiz görüşü 22:11 hesabı ilə öz xeyrinə başa çatdırıb. Nəticədə İsayev yarımfinala yüksələn üçüncü təmsilçimiz olub. Boksçumuzun növbəti mərhələdə rəqibi kubalı Norlan Yera Diazdır.
60 kq
1/2 final mərhələsinə yüksəlmək üçün Kamran Baxışəliyev Evaldas Petrauskas (Latviya) səddini aşma bilməyib. O, rəqibin 3 dəqiq zərbəsinin heç birinə cavab verə bilmədiyindən 1/4 final mərhələsində iştirakını dayandırıb. Beləliklə, yarışda çıxışını başa vuran boksçularımızın sayı 5-ə çatıb.
75 kq
1/8 final mərhələsində böyük hesabla qələbə qazanan Vətən Hüseynli bu dəfə Harksa Zoltanla (Macarıstan) münasibətlərinə aydınlıq gətirib. Təəssüf ki, ilk iki raundda zəif təsir bağışlayan boksçumuz üçüncü raundda fəallıq nümayiş etdirsə də, məğlubiyyətdən qaça bilməyib. Yarımfinala 9:5 hesabı ilə qələbə qazanan Zoltan yüksəlib. Vətən Hüseynlinin uduzmasından sonra dünya birinciliyində mübarizəni dayandıran boksçularımızın sayı 6-ya çatdı.
81 kq
Üçüncü görüşündə Teymur Məmmədov türkiyəli Burak Aksinlə üz-üzə gəlib. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkən 17 yaşlı boksçumuz 1:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Məmmədovun çıxışından sonra çempionatda iştirakını başa vuran idmançılarımızın sayı 7-yə çatıb.
+91
Belarus təmsilçisi Uladzislau Kuptsounu (Belarus) mübarizədən kənarlaşdıran komandamızın ən ağır çəkili boksçusu Fəqan Ömərov 1/4 final mərhələsində Filip Hrgoviçlə (Xorvatiya) qarşılaşıb. Təəssüf ki, idmançımız rəqibinə 4:15 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Ömərov yığmamızın heyətində yarışla vidalaşan 8-ci boksçu olub.
Xatırladaq ki, dünya birinciliyində 11 boksçu ilə mübarizəyə qoşulan Azərbaycan komandasının heyətində öncə Elnur Zeynalov (54 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq) və Hacıbaba Hacıbabayev (91 kq) çıxışlarını dayandırıblar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0