Avropa çempionu Azərbaycan yığmasının heyətinə düşə bilmədi
30.04.2010 - 12:12
Mayda Sankt-Peterburq şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan taekvondo üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev verib. O bildirib ki, bu mötəbər yarışda ölkəmizin şərəfini Samir Aydınov (54 kq), Hi Sonq Li (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Rəşad Əhmədov (80 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87 kq) qoruyacaqlar.
İmaməliyevin sözlərinə görə, yalnız 74 kq çəki dərəcəsində seçim etmək çətin olub: “Bu çəkidə Avropa çempionu İlkin Şahbazov və Elvin Məmmədov arasında gərgin mübarizə getsə də, Elvini Rusiyaya aparmağı qərara aldıq. Bu seçimdə İranda keçirilən son beynəlxalq turnirin nəticəsi mühüm rol oynadı. Belə ki, həmin yarışda Şahbazov fransalı taekvondoçuya məğlub oldu. Fransıza qalib gələn rusiyalı idmançı üzərində isə Məmmədov qələbə qazanaraq, çempion adına layiq görüldü. Buna görə Avropa çempionunu heyətə daxil etmədik”.
Plana uyğun təlim-məşq toplanışı keçirildiyini bildirən baş məşqçi Avropa çempionatında komandadan 6 medal gözlədiyini deyib: “Hazırlığımız yüksək səviyyədə keçib. Artıq Qubada məşqlərimizi yekunlaşdırıb Qusara gəlmişik. Təlim-məşq toplanışını burada yekunlaşdırdıqdan sonra Avropa çempionatına yola düşəcəyik. Komandada əhval-ruhiyyə yüksəkdir və Rusiyada keçiriləcək yarışda 6 medal qazanacağımıza ümid edirəm”.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0