Mövlud Mirəliyev: İstəməklə olimpiadaya getmək olmur
02.05.2010 - 10:07
“Artıq məşqlərimi bərpa etmişəm. Avropa çempionatına getməməyimin əsas səbəbi zədəmi yeni sağaltmağım idi. Odur ki, mənim çəkimdə Elmar Qasımov mübarizə apardı. İnşallah, mayın 5-də komanda ilə birgə Tunisə gedəcəyəm. Bizi lisenziya xarakterli turnirlər, Qran-Pri yarışları gözləyir. Nəticəyə söz vermək bir qədər çətindir. Çünki cüdo qaydalarına çoxlu əlavə və dəyişiklik edilib. Əlbəttə, Azərbaycanı yenə olimpiadada təmsil etmək arzusundayam. Amma istəməklə olimpiadaya getmək olmur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdo yığmasının üzvü Mövlud Mirəliyev deyib.
100 kq çəki dərəcəsində mübarizə aparan Mirəliyev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra heç bir yarışda qüvvəsini sınamayıb. O, bu müddət ərzində çəki dərəcəsində çıxış edən Elmar Qasımova da qiymət verib: “Elmar cavandır. İrəvanda gənclər arasında Avropa çempionu olduqdan sonra əsas yığmaya çağırılır. İndi bir yerdə işləyirik. İnşallah, kim güclü olsa, o da yarışlara qatılacaq”.
Qeyd edək ki, 36 yaşlı Mirəliyev 2012-ci ildə peşəkar karyerasına son qoymağı planlaşdırıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0