Azərbaycan boksçuları dünya çempionatında 2 qızıl medal qazandı
03.05.2010 - 17:02
Azərbaycan boksçuları dünya çempionatında 2 qızıl medal qazandı
Aprelin 25-də Bakıda start götürən boks üzrə dünya çempionatı Azərbaycan idmançıları uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son günü mübarizə aparan 2 Azərbaycan idmançısı rəqibini məğlub edərək, dünyanın ən güclüsü adını qazanıb. Həmyerlilərimiz 48 kq və 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


48 kq
Yarımfinalda özbəkistanlı Zohidcon Hurboyevə qalib gələn Salman Əlizadə finalda Ryan Barnettlə (İrlandiya) qarşılaşıb. Həmyerlimizin rəqibi kifayət qədər güclü olsa da, qızıl medal qazanmaq şansını əldən verməyib. Hər üç raundda irlandiyalı boksçudan üstün olan Əlizadə yekunda 9:4 hesablı qələbə ilə dünya çempionatının qızıl medalına sahib çıxıb.

51 kq
Qızıl medal qazanmağa iddialı olan Şaban Şahpələngov yarımfinalda Vasili Vetkin (Rusiya) üzərində inamlı qələbə qazanıb. Boksçumuz bu gün həlledici mərhələdə Emmanuel Rodrigezə (Puerto-Rika) də gücünü göstərib. Birinci raundda 3 xal qazanan Şahpələngəvun rəqibi sonda hesabı bərabərləşdirməyə peşman olub. İkinci və üçüncü raundlarda Puerto-Rika təmsilçisinə dəqiq zərbələr vuran həmyerlimiz döyüşdə 14:6 hesabı ilə qələbə qazanaraq, dünya çempionu adına layiq görülüb.

Xatırladaq ki, dünya çempionatına 11 boksçu ilə qatılan Azərbaycan komandasının 9 idmançısı mübarizəni dayandırıb. Onlardan yalnız Elvin İsayev (57 kq) yarımfinala kimi yüksəlib və bürünc medalla kifayətlənib.