AİBA prezidenti Bakıda keçirilən dünya çempionatından razı qaldı - FOTOSESSİYA
03.05.2010 - 15:52
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Bakıda keçirilən boks üzrə dünya çempionatının yekununa həsr edilmiş mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çing Kou Vu, texniki direktor Teri Smit və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev iştirak ediblər.
Mətbuat konfransını giriş sözü ilə açan Vu yarışın gərgin və maraqlı keçdiyini vurğulayıb. O, son illər boksun sürətlə inkişaf etdiyinin bariz nümunəsi kimi, dünya çempionatında iştirakçı və yarımfinala çıxan ölkələrinin sayının çox olmasını nümunə göstərib: “Dünya birinciliyində 96 ölkənin 466 idmançısı mübarizə aparır. Bu qədər ölkə və idmançı ilk dəfə Bakıya toplaşıb. Bundan əlavə, yarımfinala 25, finala isə 15 ölkənin təmsilçisi yüksəlib. Bu, boksda olan inkişafdan xəbər verir. Qeyd edim ki, burada “Bakıya gedən yol” proqramının da böyük köməyi oldu. Bunun üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Sonra texniki direktor Teri Smit də yarışın yüksək səviyyədə keçdiyini bildirib: “Yarışda hansısa problemlə qarşılaşmadıq. Düzdür, çempionat İslandiyada vulkan püskürməsi səbəbindən gec başlasa da, Azərbaycan Boks Federasiyası və AİBA-nın yaxından köməkliyi sayəsində Bakıya gələn ölkələrin heç bir ölkə çətinliklə üzləşmədi. Texniki baxımdan hər şey qaydasında idi”.
Daha sonra söz alan Ağacan Abıyev isə idmançılarımızın çempionatda uğurlu çıxış etdiyini söyləyib: “96 ölkənin idmançısı arasında 3 Azərbaycan boksçusunun yarımfinala vəsiqə qazanması uğurlu nəticədir. Çünki burada 30-35 ölkə iştirak etmirdi. Belə olsaydı, yəqin onda daha yaxşı çıxış edərdik. 500-ə yaxın idmançı arasında 3 lisenziya qazanmışıq. Bizim kimi Rusiya da eyni sayda vəsiqəyə sahib çıxıb”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0