Yığmamızın baş məşqçisi: Bu, əla nəticədir
04.05.2010 - 14:30
“Dünya çempionatı boksçularımız üçün uğurlu keçdi. Son Avropa çempionatında ikinci olan Azərbaycan milli komandası bu dəfə birinci yeri tutdu. Boks tariximizdə isə ilk dəfə bu mötəbər yarışda ikinci olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Şamil Əlimcanov deyib.
Baş məşqçi bildirib ki, sonuncu dəfə dünya birinciliyində Azərbaycan idmançısının qızıl medal qazanması 10 il əvvələ təsadüf edir: “Gənclər arasında dünya çempionatlarında son dəfə Azərbaycanın himnini Fərhad Acalov səsləndirib. O, 10 il əvvəl dünya çempionu adını qazanıb. Son illərdə belə nəticə olmayıb. Bakıda keçirilən dünya birinciliyində isə 2 çəkidə qalib adını qazandıq. Bundan əlavə, Elvin İsayev də komandamızın medal kolleksiyasını bürünclə zənginləşdirdi. Bu, 96 ölkənin iştirak etdiyi yarışda əla nəticədir”.
Əlimcanov yetirmələrinin təlim-məşq toplanışlarında çəkdikləri əziyyətin bəhrəsini gördüyünü qeyd edib. O, hətta yarışdan öncə 6 yetirməsinin fəxri kürsüdə yer alacağına inanırmış: “Uşaqlar dünya birinciliyinə gözəl hazırlaşmışdılar. Bunun nəticəsi olaraq Salman Əlizadə (48 kq) və Şaban Şahpələngov (51 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazandı. 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elvin İsayev bürünc medalla kifayətləndi. Düzdür, çempionatdan öncə 6 yetirməmə ümid bağlayırdım. Lakin onlardan üçü 1/4 finalda özlərini doğrultmadılar. Emil Əhmədov (69 kq) və Tamerlan Abdullayev (64 kq) gözlənilmədən medalsız qaldılar. Elvin İsayev (57 kq) isə bürünc deyil, qızıl medal da qazana bilərdi”.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0