Azərbaycanda Avropa Şurası idman nazirlərinin iclası keçiriləcək
05.05.2010 - 10:11
Bu il sentyabrın 21-22-də Bakıda Avropa Şurası idman nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıya hazırlıqla bağlı mayın 4-də Avropa Şurasında müzakirələr başlayıb. Müzakirələrdə Azərbaycanı Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edir. Toplantıda, əsasən gündəliyin müəyyənləşdirilməsi, mövzular, dəvət olunacaq qonaqların dəqiqləşdirilməsi kimi məsələlər müzakirə olunur. Toplantı 6 may tarixinədək davam edəcək.
Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 2008-ci ildə Afinada keçirilmiş toplantısında növbəti konfransın Bakıda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 2008-ci ildə Afinada keçirilmiş toplantısında növbəti konfransın Bakıda keçirilməsi qərara alınıb.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0