Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı
05.05.2010 - 16:09
Mayın 14-də Belarusun paytaxtı Minskdə start götürəcək sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Mübariz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, üç gün davam edəcək yarışda ölkəmiz 9 mümkün çəki dərəcəsindən 7-də təmsil olunacaq. Minskə samboçu qismində Əfqan Abdullayev (52 kq), İslam Qasımov (57 kq), Yaşar Abbasov (62 kq), Emin Həsənov (68 kq), Araz Muxtarov (74 kq), Zaur Paşayev (82 kq) və Samir Əhmədov (100 kq) yollanacaq. Beynəlxalq dərəcəli hakimlərimiz Yaqub Abdullayev və Cabir İsmayılov görüşləri idarə edəcəklər.
Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov isə Avropa Sambo Federasiyası İcraiyyə Komitəsinin üzvü kimi qurumun mayın 13-də keçiriləcək konqresində iştirak edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0