Lənkəranda taekvondo üzrə ümumrespublika turniri keçirilib
05.05.2010 - 17:31
Lənkəran Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş taekvondo üzrə yeniyetmə və gənclər arasında ümumrespublika turniri keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Taekvondo Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda respublikanın müxtəlif rayonlarından 42 komandanın tərkibində 24 çəki dərəcəsi üzrə 350-ə yaxın oğlanlar və qızlar qüvvələrini sınayıblar. Üç gün davam edən turnirdə ümumi komanda hesabında Lənkəran taekvondoçuları birinci, Bakının “Neftçi” komandası ikinci, Sumqayıt idmançıları isə üçüncü yeri qazanıblar. Qaliblərə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0