Salman Əlizadə: Həmin an sevincimin həddi-hüdudu yox idi
06.05.2010 - 10:56
“Dünya çempionatına yaxşı hazırlamışdım. Bu səbəbdən medal qazanmağa borclu idim. Şadam ki, qarşıya qoyduğum bu məqsədə çatdım və bütün rəqiblərimə yerini göstərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında dünya çempionu Salman Əlizadə deyib.
Bakıda keçirilən dünya birinciliyində 48 kq çəki dərəcəsində qızıl medal qazanan həmyerlimiz ən çətin döyüşünü finalda keçirdiyini bildirib: “Bu yarışda zəif rəqib olmasa da, finalda irlandiyalı rəqiblə görüş daha çətin keçdi. Lakin şəxsi məşqçim Nazim Mirhüseynov və yığmanın məşqçilərinin əziyyəti boşa çıxmadı. Birincilikdə Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım üçün sevincimin həddi-hüdudu yox idi. Bundan əlavə, mükafatlandırma mərasimində medalı boynuma Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun asdığı an özümü çox xoşbəxt hiss etdim”.
Sinqapurda keçiriləcək yeniyetmələrin ilk Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Əlizadə bu yarışdan da Vətənə medalla qayıdacağına ümidlidir: “İnanıram ki, Olimpiadada da uğurumun davamı gələcək. Çempion titulumu qorumaq üçün bütün gücümü səfərbər edəcəyəm və Sinqapurdan da medalla qayıtmağa çalışacağam”.
Tahir HÜMMƏTOV

0
0