“Bu, bütün Azərbaycan xalqının qələbəsidir” - MÜSAHİBƏ
07.05.2010 - 11:53
Boks üzrə dünya çempionu Şaban Şahpələngovun apasport.az saytına müsahibəsi
- İdmançı karyerana kikboksinqçı kimi başlasan da, sonradan idman növünü dəyişdin. Bu nə ilə əlaqədardır?
- Mən idmanla 6 yaşımdan məşğul olmağa başlamışam. Həmin vaxt “Qizil Əlcək” klubunda idmanın kikboksinq növünü seçdim. Bu növdə də kifayət qədər uğurlarım olub. Belə ki, gənclər arasında dünya və Avropa çempionu adını qazanmışam. Lakin 2 il əvvəl şəxsi məşqçim Rəhim Allahverdiyevin məsləhəti ilə idman növünü dəyişdim. Çünki kikboksinqdən fərqli, boks Olimpiya idman növüdür. Bununla yanaşı, mən həmişə əllə “işləməyi” sevmişəm. Boksa keçməyimdə bu da böyük rol oynadı.
- Bəs boksda nə vaxtdan uğur qazanmağa başlamısan?
- Əsasən bu ildən. Düzdür, ötən il Azərbaycan birinciliyində gümüş medala sahib olsam da, bu il onu qızıla dəyişməyi bacardım. Bundan əlavə, bu il beynəlxalq turnirdə də fəxri kürsüdə yer almışam.
- Dünya çempionatında görüşlərinlə bağlı nə deyə bilərsən?
- Çətin keçdi. Amma əsasən yarımfinalda daha çox əziyyət çəkməli oldum. Rusiyalı boksçuya qarşı görüşüm gərgin keçsə də, böyük hesabla qələbə qazandım. Mən hər dəfə qalib gəldikdə isə növbəti görüşə də eyni sevinci yaşamaq üçün çıxıram. Bunun nəticəsi kimi, bütün rəqiblərimlə görüşə eyni əhval-ruhiyyədə çıxdım və çempion adını qazandım. Həmin an sevincdən göz yaşlarımı saxlaya bilmirdim.
- Dünya çempionatının yekununda birinci olmaqla yanaşı, həm də yarışın ən yaxşı boksçusu seçildin. Bunu gözləyirdinmi?
- Təbii ki, bu mənim üçün sürpriz olsa da, gözlənilən idi. Çünki mən hər görüşdə fərqli döyüşürdüm. Bunun üçün də Beynəlxalq Həvəskar Boks Assosiasiyası tərəfindən mükafatlandırıldım. Lakin bu, tək mənim yox bütün Azərbaycan xalqının qələbəsidir. Dövlət başçısı İlham Əliyev və Boks Federasiyasının prezidenti Kamaləddin Heydərovun idmana və idmançılara göstərdikləri qayğı bizim çempion olmağımızda mühüm rol oynayır. Bunun üçün mən bu sahədə köməklik göstərənlərin hamısına dərin minnətdarlığımı bildirirəm.
- Çempion olmaqla bərabər, həm də Sinqapur-2010-a lisenziya qazandın. Uğurunun davamını Olimpiya Oyunlarında davam etdirə biləcəksənmi?
- Bunun üçün calışacağam. Yarışa məşqçimlə yeni plan üzərində hazırlaşacağam. Məşqlərimi günlər ötdükcə intensivləşdirəcəyəm. Bunun üçün medal qazanacağıma inanıram.

0
0