Elnur Məmmədli olimpiya çempionuna qarşı
07.05.2010 - 23:10
Elnur Məmmədli olimpiya çempionuna qarşı
Tunisdə keçirilən Qran-Pri turnirində bu gün daha 4 cüdoçumuz tatamiyə çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından Amil Qasımov, Orxan Dünyamalıyev, Elxan Rəcəbli və Elnur Məmmədli mübarizəyə qoşulacaqlar.

73 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Amil Qasımov ilk görüşdə tacikistanlı Rəsul Boqiyevlə üz-üzə gələcək. Cüdoçumuz 1/32 final mərhələsində qalib gələcəyi halda, Kristofer Voelk (Almaniya) və Jivei Jin (Çin) cütünün güclüsü ilə döyüşəcək.

Bu çəkidə qüvvəsini sınayacaq digər həmyerlimiz Orxan Dünyamalıyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun bu mərhələdə rəqibi Attila Unqvari (Macarıstan) olacaq.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Rəcəbli ilk döyüşündə rusiyalı Murat Xabaşirovla qarşılaşacaq.

İlk dəfə 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq olimpiya çempionumuz Elnur Məmmədli növbəti mərhələyə çıxmaq üçün Pekin-2008-in qalibi Ole Bişofı (Almaniya) yarışdan kənarlaşdırmalıdır.

Qeyd edək ki, Pekin Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində çempion adını qazanan Məmmədli 2008-ci ilin avqustundan sonra ilk dəfə qüvvəsini sınayacaq.