10 taekvondoçumuz Rusiyaya yollanır
08.05.2010 - 13:05
Mayın 10-da Rusiyada paralimpiyaçı taekvondoçular arasında Avropa çempionatı start götürəcək. Yığmanın baş məşqçisi Əvəz Tağıyevin apasport.az saytına verdiyi məlumata görə, yarışda Azərbaycan komandası da qüvvəsini sınayacaq. 2 gün davam edəcək çempionatda yığmamız 9 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, bu yarış paralimpiyaçı taekvondoçularımızın iştirak edəcəkləri ikinci mötəbər turnirdir. Onlar Bakıda keçirilən ilk dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla kifayətlənmişdilər.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0