Lippi rekordu təzələmək istəyir
09.05.2010 - 16:16
İtaliya yığmasının baş məşqçisi Marçello Lippi 1930-cu illərdə "skuadra azurra"ya iki dəfə dünya çempionu titulunu qazandırmış Vittorio Possonun rekordunu təkrarlamaq istəyir. Apasport.az saytının xəbərinə görə, Possonun uğurlarından sonra belə nailiyyət təkrarlanarsa, İtaliyada futbolun sürəkli inkişafından danışmaq olar. Hələliksə rekordun təkrarlanmasını müzakirə etmək bir qədər erkən məsələ təsiri bağışlayır: "Kollektivdə psixoloji müvazinətə riayət edərək bərabərsəviyyəli və güclü texniki keyfiyyətlərə malik dəstə yaratmaq çox mühümdü. Hər birimiz yalnız yığmanın mənafelərini düşünərək əsas məqsəd üçün çalışmalıyıq".
O, mundialdan sonra İtaliya yığmasındakı gələcək karyerası barədə danışmaq istəməyib. İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete isə komandanın məşqçisinin adını mundiala qədər açıqlayacağını bildirib: "Belə deyək ki, iyulun 12-dən sonra komandanı kimin çalışdıracağının önəmi yoxdu. Qarşıda bizi dünya çempionatı gözlədiyindən hamını yalnız bu turnirdə iştirakımız narahat etməlidi. İtaliya həmişə güclü yığmaya malik olub, həmişə dünya çempionatlarına qatılıb. Onu da unutmayın ki, 4 dəfə dünya çempionu olmuşuq və bu göstərici baxımından yalnız Braziliya millisindən geri qalırıq".

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0